fbpx
Back

Gabala Hospitality Group / Tufandag Qış-Yay Turizm İstirahət Kompleksi

Mexanik köməkçisi  (Nəqliyyat vasitələri üzrə)

Vəzifə öhdəlikləri:

  • Kompleksə məxsus olan nəqliyyat vasitələri və texnikalara (qar motoru və kvadroçikl daxil olmaqla) texniki qulluq və təmir işinin həyata keçirilməsi, onların saz vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Avtomobillərin yağ dəyişmə işlərini həyata keçirmək;
  • Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək;
  • Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq;
  • Daxili nizam – intizam qaydalarına riayət etmək, təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək;
  • Texnikaların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy vermək, istismar müddəti bitmiş texnika və nəqliyyat vasitələrinin vaxtaşırı qiymətləndirilməsi və yenilənməsi üçün təkliflər vermək;

Tələblər:

  • Cinsi: Kişi
  • Yaş: 25-45
  • İş təcrübəsi - Mexanik – çilingər vəzifəsində ən az 1 il iş təcrübəsi arzuolunandır
  • Ehtiyyat hissələr haqqında məlumatlı olmalı
  • Dəqiq, aktiv və işinə qarşı məsuliyyətli olmalı
  • Gülərüz və qonaqpərvər xarici görünüş.

İmtiyazlar: 

  • Gabala Hospitality Group-a daxil olan müəssisələrdə imtiyazlı xidmətlərdən istifadə;
  • Nahar yeməyi, uniforma və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir;
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
  • Səmimi və dəstəkləyici iş mühiti.

İş şərtləri:

  • Əmək haqqı net 650 AZN
  • İş vaxtı: Hər gün 8 saat
  • Həftədə 5 gün, növbəli cədvələ uyğun iş qrafiki, 2 gün istirahət
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
  • Ünvan: Qəbələ ray., Duruca kəndi, Qafqaz Tufandag Mountain Resort Hotel

Maraqlanan namizədlər CV məlumatlarını Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Mexanik köməkçisi) göstərilməklə [email protected] ünvanına göndərə və ya bir başa Qəbələ rayon Duruca kəndində yerləşən Tufandag Hotelə müraciət edə bilərlər.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqə forması
CV faylı əlavə edin
Fayl çox böyükdür
Yanlış fayl növü
Digər vakansiyalar