AZ
Geri
Gabala Hospitality Group / Tufandag Qış-Yay Turizm İstirahət Kompleksi
Mexanik köməkçisi (Nəqliyyat vasitələri üzrə)
Vəzifə öhdəlikləri:
- Kompleksə məxsus olan nəqliyyat vasitələri və texnikalara (qar motoru və kvadroçikl daxil olmaqla) texniki qulluq və təmir işinin həyata keçirilməsi, onların saz vəziyyətdə saxlanılmasını təmin etmək;
- Avtomobillərin yağ dəyişmə işlərini həyata keçirmək;
- Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək;
- Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq;
- Daxili nizam – intizam qaydalarına riayət etmək, təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək;
- Texnikaların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy vermək, istismar müddəti bitmiş texnika və nəqliyyat vasitələrinin vaxtaşırı qiymətləndirilməsi və yenilənməsi üçün təkliflər vermək;
Tələblər:
- Cinsi: Kişi
- Yaş: 25-45
- İş təcrübəsi - Mexanik – çilingər vəzifəsində ən az 1 il iş təcrübəsi arzuolunandır
- Ehtiyyat hissələr haqqında məlumatlı olmalı
- Dəqiq, aktiv və işinə qarşı məsuliyyətli olmalı
- Gülərüz və qonaqpərvər xarici görünüş.
İmtiyazlar:
- Gabala Hospitality Group-a daxil olan müəssisələrdə imtiyazlı xidmətlərdən istifadə;
- Nahar yeməyi, uniforma və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir;
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
- Səmimi və dəstəkləyici iş mühiti.
İş şərtləri:
- Əmək haqqı net 650 AZN
- İş vaxtı: Hər gün 8 saat
- Həftədə 5 gün, növbəli cədvələ uyğun iş qrafiki, 2 gün istirahət
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
- Ünvan: Qəbələ ray., Duruca kəndi, Qafqaz Tufandag Mountain Resort Hotel
Maraqlanan namizədlər CV məlumatlarını Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Mexanik köməkçisi) göstərilməklə [email protected] ünvanına göndərə və ya bir başa Qəbələ rayon Duruca kəndində yerləşən Tufandag Hotelə müraciət edə bilərlər.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqə forması
Digər vakansiyalar