EN
Back
Qonaqların qəbulu üzrə qeydiyyatçı - 1 yer
Tələblər:
- Təhsil – Orta ixtisas
- Dil bilikləri: İngilis dili (orta səviyyədə mütləqdir);
- Müvafiq vəzifə üzrə 3 (üç) ay iş təcrübəsi (arzuolunandır);
- Fikrini aydın ifadə etmə bacarığı, səlist və aydın intonasiya danışıq qabiliyyəti;
- Komandada işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Qonaqları mehriban və peşəkar şəkildə qarşılamaq, giriş və çıxış proseslərini səmərəli idarə etmək;
- Otel xidmətləri, otaq növləri və endirimlər haqqında məlumat vermək;
- Müştərilərin çətinliklərini müvafiq səlahiyyət çərçivəsində həll etmək;
- Telefon zənglərinə cavab vermək və lazım gəldikdə digər şöbələrlə əlaqə saxlamaq;
- Qeydiyyat sistemini idarə etmək və qonaq məlumatlarını yeniləmək;
- Gündəlik hesabatlar hazırlamaq və nağd əməliyyatları idarə etmək;
- Təhlükəsizlik və məxfilik tələblərinə uyğunluğu təmin edərək, otel siyasət və prosedurlarına riayət etmək.
İmtiyazlar:
- Gabala Hospitality Group-a daxil olan müəssisələrdə imtiyazlı xidmətlərdən istifadə;
- Nahar yeməyi, uniforma və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir;
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
- Səmimi və dəstəkləyici iş mühiti.
İş şərtləri:
- Əmək haqqı 600 AZN + tips
- İş vaxtı: Hər gün 7 saat
- Həftədə 6 gün, növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
- Ünvan, Qəbələ ray., Duruca kəndi., Qafqaz Tufandag Mountain Resort Hotel
Maraqlananlar CV məlumatlarını [email protected] ünvanına göndərə və ya bir başa Qəbələ rayon Duruca kəndində yerləşən Tufandag Hotelə müraciət edə bilərlər.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən tələblərə uyğun şəxslər cəlb ediləcək.
Əlaqə forması
Digər vakansiyalar