fbpx
Back

Gabala Hospitality Group / Qafqaz Tufandag Hotel

Nəzarət və Buraxılış xidməti əməkdaşı - 2 yer. 

Vəzifə öhdəlikləri:

  • Nəzarət-buraxılış sisteminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək;
  • Xidmət göstərdiyi obyekt və postun iş fəaliyyətinə görə və yaranmış neqativ hallar üzrə təhlükəsizlik işlərini həyata keçirmək;
  • Təlimatda qeyd edilən istisna hallar xaric, vəzifə yerini tərk etməmək;
  • Növbəni təhvil verərkən xidmətdə olduğu müddətdə baş vermiş neqativ hallarla bağlı xidməti təhvil alan əməkdaşa (qeydiyyat kitabında) yazılı şəkildə və növbə sonunda isə birbaşa rəhbərinə məlumat vermək;
  • Şübhəli fəaliyyət göstərən şəxslərlə əlaqə qurmaq və lazımi tədbirləri görmək;
  • Əməkdaşların müəssisə ərazisinə giriş və çıxışı zamanı daxili qaydalara uyğun yoxlanılması;
  • Şirkətə daxil olan digər əməkdaşların yoxlamadan keçirilməsi, qeydiyyatının aparılması və ehtiyac olduqda qonaq kartı ilə təmin edilməsi proseslərini icra etmək;
  • Əmək fəaliyyəti zamanı istehsalat sanitariyasına, yanğın, elektrik təhlükəsizliyi və ətraf mühitin mühafizə tələblərinə riayət etmək;
  • Daxili təhlükəsizlik və nizam, intizam qaydalarına əməl olunmasına nəzarət etmək;

Tələblər:

  • Cinsi: Kişi
  • Müvafiq vəzifə üzrə təcrübə (üstünlük verilir);
  • İş öhdəliklərini dəqiq yerinə yetirmək, müəssisə prosedurlarına riayət etmək;
  • Hərbi mükəlləfiyyətli;
  • Yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq;
  • Gülərüz və qonaqpərvər xarici görünüş;
  • Təhlükəsizlik üzrə biliklər ( kamera-nəzarət sistemi, buraxılış sistemləri, yanğın təhlükəsizliyi və siqnalizasiya) üzrə biliklər

İmtiyazlar: 

  • Gabala Hospitality Group-a daxil olan müəssisələrdə imtiyazlı xidmətlərdən istifadə;
  • Nahar yeməyi, uniforma və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir;
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
  • Səmimi və dəstəkləyici iş mühiti.

İş şərtləri:

  • Əmək haqqı net 400 AZN
  • İş vaxtı: Növbəli iş qrafiki
  • Həftədə 4 gün, növbəli cədvələ uyğun iş qrafiki, 3 gün istirahət
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
  • Nahar yeməyi və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir.
  • Ünvan, Qəbələ ray., Duruca kəndi., Qafqaz Tufandag Hotel

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlananlar CV məlumatlarını cv@ghg.az ünvanına göndərə və ya bir başa Qəbələ rayon Duruca kəndində yerləşən Tufandag Hotelə müraciət edə bilərlər.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqə forması
CV faylı əlavə edin
Fayl çox böyükdür
Yanlış fayl növü
Digər vakansiyalar