fbpx
Geri

Gabala Hospitality Group / Qafqaz Tufandag Hotel.

 Təmir üzrə texnik - Elektrik / 1 yer.

Öhdəliklər:

  • Müəssisənin elektrik təchizatı sistemlərinin və onların qəzasız istismarının təşkili;
  • Mehmanxananın bütün sahələrində elektrik qurğuların işlək vəziyyətdə saxlanmasına nəzarət etmək;
  • Yeni elektrik avadanlıqlarının və şəbəkələrinin quraşdırılması;
  • Tərtib olunmuş cədvələ əsasən bütün elektrik avadanlıqlarının planlaşdırılmış qabaqlayıcı-profilaktiki təmirinin həyata keçirilməsi;
  • Ehtiyyat hissələrinin işləmə nəticəsində yeyilməsi, zəyifləməsi, sıradan çıxması səbəblərinin müəyyən edilməsi və onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlərin görülməsi;
  • Müvafiq sınaq cihazlarından istifadə edərək elektrik problemlərinin aradan qaldırılması;
  • Avadanlıqların, elektrik naqillərinin və qurğuların təmiri və dəyişdirilməsi;
  • Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət etmək;
  • Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edir, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atmaq.

İmtiyazlar: 

  • Gabala Hospitality Group-a daxil olan müəssisələrdə imtiyazlı xidmətlərdən istifadə;
  • Nahar yeməyi, uniforma və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir;
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
  • Səmimi və dəstəkləyici iş mühiti.

Tələblər:

  • Cinsi : Kişi
  • Müvafiq sahə üzrə iş təcrübəsi (Otel sahəsində təcrübəsi olanlara üstünlük verilir);
  • Elektrik mühəndisliyi üzrə texniki-peşə təhsili;
  • Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklər;
  • Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
  • Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
  • Dil bilikləri: Azərbaycan dili, İngilis dili (arzu olunan), Rus dili (arzu olunan).
  • Komandada işləmək bacarığı.
  • İşə qarşı məsuliyyətli olmaq.

 

İş şərtləri:

  • Əmək haqqı net 450 AZN
  • İş vaxtı: Hər gün 10 saat
  • Həftədə 4 gün, növbəli cədvələ uyğun iş qrafiki, 3 gün istirahət
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
  • Ünvan: Qəbələ ray., Duruca kəndi, Qafqaz Tufandag Mountain Resort Hotel

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Elektrik) göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqə forması
CV faylı əlavə edin
Fayl çox böyükdür
Yanlış fayl növü