AZ
Geri
Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi
Atraksion operatoru - 1 yer.
Vəzifə öhdəlikləri:
- Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət etməli;
- Əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına düzgün əməl etməli;
- Kanat xəttinin gündəlik, həftəlik və aylıq baxım qeydiyyat formalarının düzgün doldurulmasına riayət etmək;
- Kanat xətləri ərazisinin (qaraj, stansiya, operator otağı və kabinlər) təmizlik işlərini həyata keçirmək;
- Qaraj rejimi qurtardıqdan sonra xəttin bütün stansiyalarına təsdiq olunmuş gündəlik baxım keçirmək;
- Növbə ərzində kanat xəttinin təhlükəsizlik cihazlarına nəzarət etmək;
- Qonaqların kanat xətlərindən istifadə qaydalarına əməl etdiyinə nəzarət etmək;
- Bütün avadanlıqları standartlara uyğun şəkildə təmiz, səliqəli və hazır vəziyyətdə saxlamaq;
Tələblər:
- Cinsi: Kişi
- Təhsil: Texniki sahə üzrə
- Müvafiq iş təcrübəsi (üstünlük verilir);
- İş öhdəliklərini dəqiq yerinə yetirmək, brend standartlarına və müəssisə prosedurlarına riayət etmək;
- Gigiyena qaydaları barədə məlumatlı olmaq;
- Xoş münasibət, mehriban və gülərüz.
İmtiyazlar:
- Gabala Hospitality Group-a daxil olan müəssisələrdə imtiyazlı xidmətlərdən istifadə;
- Nahar yeməyi, uniforma və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir;
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
- Səmimi və dəstəkləyici iş mühiti.
İş şərtləri:
- Əmək haqqı 480 AZN
- İş vaxtı: Hər gün 7 saat
- Həftədə 6 gün, növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
- Ünvan, Qəbələ ray., Duruca kəndi., Tufandag Qış-Yay Turizm İstirahət Kompleksi
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Maraqlananlar CV məlumatlarını [email protected] ünvanına göndərə və ya bir başa Qəbələ rayon Duruca kəndində yerləşən Tufandag Hotelə müraciət edə bilərlər.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqə forması
Digər vakansiyalar