fbpx
Geri

Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi

Operator köməkçisi  3  yer. 

Tələblər:

  • Cinsi: Kişi
  • Təhsil: Orta texniki
  • Müvafiq iş təcrübəsi (üstünlük verilir);
  • İş öhdəliklərini dəqiq yerinə yetirmək, brend standartlarına və müəssisə prosedurlarına riayət etmək;
  • Xoş münasibət, mehriban və gülərüz.

Vəzifə öhdəlikləri:

  • Avadanlığın və digər əsas vəsaitlərin düzgün istismar qaydalarına riayət etməli;
  • Əməyin təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına düzgün əməl etməli;
  • Kanat xəttinin gündəlik, həftəlik və aylıq baxım qeydiyyat formalarının düzgün doldurulmasına riayət etmək;
  • Kanat xətləri ərazisinin (qaraj, stansiya, operator otağı və kabinlər) təmizlik işlərini həyata keçirmək;
  • Qaraj rejimi qurtardıqdan sonra xəttin bütün stansiyalarına təsdiq olunmuş gündəlik baxım keçirmək;
  • Növbə ərzində kanat xəttinin təhlükəsizlik cihazlarına nəzarət etmək;
  • Qonaqların kanat xətlərindən istifadə qaydalarına əməl etdiyinə nəzarət etmək;
  • Bütün avadanlıqları standartlara uyğun şəkildə təmiz, səliqəli və hazır vəziyyətdə saxlamaq;

İmtiyazlar: 

  • Gabala Hospitality Group-a daxil olan müəssisələrdə imtiyazlı xidmətlərdən istifadə;
  • Nahar yeməyi, uniforma və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir;
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
  • Səmimi və dəstəkləyici iş mühiti.

İş şərtləri:

  • Əmək haqqı 480 AZN
  • İş vaxtı: Hər gün 7 saat
  • Həftədə 6 gün, növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
  • Ünvan, Qəbələ ray., Duruca kəndi

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən tələblərə uyğun şəxslər cəlb ediləcək.

Maraqlananlar CV məlumatlarını [email protected] ünvanına göndərə və ya bir başa Qəbələ rayon Duruca kəndində yerləşən Tufandag Hotelə müraciət edə bilərlər.

Əlaqə forması
CV faylı əlavə edin
Fayl çox böyükdür
Yanlış fayl növü