EN
Back
Gabala Hospitality Group / Qafqaz Tufandag Hotel
Təmir üzrə texnik - dülgər
Öhdəliklər:
- Mebel və digər taxta məhsulların təmiri, bərpası və əl alətləri ilə onların cilalanması;
- Hər cür taxta növü ilə işləmək;
- Texniki xidmət şöbəsi rəhbəri tərəfindən tələb olunduqda, otelin taxta elementlərində hər hansı dəyişikliklər daxil olmaqla tavan və divarların təmiri kimi struktur və xarratlıq işlərini, otaqlarda və ictimai ərazilərdə planlaşdırılmış texniki təmir işlərini həyata keçirmək;
- Qapıların çərçivələri, qapı qolları, kilidlərin təmiri və dəyişdirilməsi;
- Divar və döşəmə təmiri, kafel və metlaxların dəyişdirilməsi və boya işlərinin görülməsi;
- Siyirməli və qapılı dolabların təmiri;
- Qoruyucu dəmirlərin bərkidilməsi və lazım olduqda quraşdırılması;
- Dayanacaq ərazisində yerləşən stopperlərin bərkidilməsi və dəyişdirilməsi;
- Müxtəlif boya işləri – qapılar, məhəccərlər, yol işarələri və. s;
- Yuxarıda sadalanan işləri yerinə yetirərkən bütün təhlükəsizlik qaydalarına riayət etmək və işin təhlükəsiz görülməsi üçün lazımi tədbirləri almaq;
- Şirkətin prosedur və qaydalarına əməl etmək, davranış qaydalarını və xüsusi geyim formalarını pozmamaq.
İmtiyazlar:
- Gabala Hospitality Group-a daxil olan müəssisələrdə imtiyazlı xidmətlərdən istifadə;
- Nahar yeməyi, uniforma və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir;
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
- Səmimi və dəstəkləyici iş mühiti.
Tələblər:
- Cinsi: Kişi
- Təhsil: Orta texniki
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
- Yaş: 25 – 55
- Dülgərlik alətləri və materialları ilə işləmək bacarığı
- Məsuliyyətli və komandada işləmək bacarığı
- Detallara diqqət və nəticəyə yönümlülük
İş şərtləri:
- Əmək haqqı net 500 AZN
- İş vaxtı: Hər gün 7 saat
- Həftədə 6 gün, növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
- Ünvan: Qəbələ ray., Duruca kəndi, Qafqaz Tufandag Mountain Resort Hotel
Maraqlanan namizədlər öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Dülgər) göstərilməklə [email protected] ünvanına göndərə və ya bir başa Qəbələ rayon Duruca kəndində yerləşən Tufandag Hotelə müraciət edə bilərlər.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqə forması
Digər vakansiyalar