EN
Back
Gabala Hospitality Group / Qafqaz Tufandag Hotel
Qonaqların qəbulu üzrə qeydiyyatçı / Reception
Əsas vəzifə öhdəlikləri:
- Qonaqları mehriban və peşəkar şəkildə qarşılamaq, giriş və çıxış proseslərini səmərəli idarə etmək;
- Otel xidmətləri, otaq növləri və mövcud endirimlər haqqında məlumat vermək;
- Müştərilərin müraciət və problemlərini səlahiyyətləri çərçivəsində həll etmək;
- Telefon zənglərini qəbul etmək və zərurət yarandıqda digər şöbələrlə əlaqə yaratmaq;
- Qeydiyyat sistemini idarə etmək və qonaq məlumatlarını mütəmadi olaraq yeniləmək;
- Gündəlik hesabatlar hazırlamaq və nağd əməliyyatları idarə etmək;
- Təhlükəsizlik və məxfilik tələblərinə uyğunluğu təmin edərək, otel siyasət və prosedurlarına riayət etmək.
Tələblər:
- Təhsil – Orta ixtisas və ya ali təhsil
- Yaş: 22 - 35
- Dil bilikləri: İngilis dili (ən azı orta səviyyədə);
- Müvafiq vəzifə üzrə 3 (üç) ay iş təcrübəsi arzuolunandır;
- Səlis danışıq və fikrini aydın ifadə etmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Diqqətli, məsuliyyətli və cəld olmalı;
İmtiyazlar:
- Gabala Hospitality Groupa daxil olan müəssisələrdə imtiyazlı xidmətlərdən istifadə;
- Nahar yeməyi, uniforma və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir;
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
- Səmimi və dəstəkləyici iş mühiti.
- Digər təminatlar: Gabala Hospitality Groupun siyasətinə uyğun
İş şərtləri:
- Əmək haqqı 600 AZN + tips
- İş vaxtı: Hər gün 7 saat
- Həftədə 6 gün, növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
- Ünvan, Qəbələ ray., Duruca kəndi., Qafqaz Tufandag Mountain Resort Hotel
İş yeri Qəbələ şəhərindədir.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Reception) göstərilməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən tələblərə uyğun şəxslər cəlb ediləcək.
Əlaqə forması
Digər vakansiyalar