fbpx
Geri
Dağ Kosteri

Dağ Kosteri ilə sürət və həyəcan zirvədə!


Tufandağın füsunkar mənzərələrinin əhatəsində Dağ Kosteri sizi unudulmaz bir macəraya dəvət edir! Qəbələ zirvəsindən başlayan bu möhtəşəm dağ atraksionunda həm sürəti, həm də Qəbələnin məşhur dağ meşələrinin qəlbində əsl adrenalin və həyəcanı yaşayın. 


Avstriyanın “Sunkid” şirkəti tərəfindən istehsal edilmiş Dağ Kosteri ən müasir texnologiyalara əsaslanan dağ atraksionudur. 1660 m. hündürlükdən başlayan tək rels üzərində idarə edilən toboqan hərəkət zamanı həm təhlükəsizliyi təmin edən, həm də yüksək sürət təcrübəsi yaşadan avtomatik tormoz ilə təchiz olunub. Toboqan təhlükəsizlik kəməri, ayaq dəstəyi və rahat oturacaq dizaynı ilə uzun marşrutda komfort təmin edir. 

Marşrut meşələrdən və dağ yamaclarından keçərək Qəbələ şəhərinə panoramik mənzərələr təqdim edir, həmçinin qış və yay mövsümlərində fəaliyyət göstərmək üçün nəzərdə tutulub. 


Maximum sürət təxminən 40 km/saatdır və relsin ümumi uzunluğu 2,100 metrdir. Attraksionda ümumi 37 döngə, bir 360 dərəcəlik dairəvi döngə və iki dalğalı hissə mövcuddur. Dairəvi döngə Qəbələ zirvəsindən şəhər açılan panoramik mənzərəsi ilə attraksionun ən həyəcanlı nöqtəsidir. 


Dağ Kosteri 14 yaşdan yuxarı hər kəs üçün uyğundur.
3–9 yaş arası uşaqlar attraksiondan yalnız valideynləri ilə birlikdə istifadə edə bilərlər. Attraksion tək nəfərlik və ya valideyn–uşaq formatında istifadəyə uyğundur (maksimum 130 kq çəki limiti qorunmaq şərti ilə).


Dağ Kosteri marşrutu boyunca yaşadığınız unikal təcrübə, sizə həm əyləncəli, həm də vizual olaraq zəngin bir macəra yaşadacaq. 


Qiymətlər:

  •   Azərbaycan vətəndaşları üçün: 35 AZN
  •  Xarici ziyarətçilər üçün: 49 AZN
  •  Uşaq (valideynlə birlikdə): 25 AZN


  • Foto / Video xidməti: 10 AZN