AZ
Geri
Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi
Xizək təlimatçısı
Vəzifə öhdəlikləri:
- Xizək (Snowboard) sürmə üzrə təlimatçı müştəriyə alınmış bilet üzrə xizək (snowboard) təliminin verilməsi;
- Xizək (Snowboard) sürmə üzrə təlimatçı müştərilərə xizəkdə və ya snowboard lövhəsində (qar lövhəsi) əyləncəli, lakin təhlükəsiz şəkildə sürüşmək barədə peşəkar təlimatlar vermək;
- Qış fəaliyyətlərində (uşaq üçün SUN KİD və.s) təlimçi kimi köməklik göstərmək, təhlükəsizlik setkalarını düzəltmək və təbii qar yağan zaman ərazidə yolları açmaq, tələb olunan zaman xizək yollarına kömək etmək;
- Müvafiq ərazi barədə biliklər əsasında müştərilər üçün münasib, fəaliyyətin məqsəd və hədəfinə uyğun olan təlim enişləri və xizək sürmə üçün yerləri seçmək;
- Müştərilərin şəxsi təhlükəsizliyini təmin etmək məqsədilə seçilmiş marşrutlar ilə bağlı təhlükələri müəyyən etmək və riskləri minimum səviyyəyə endirmək;
- Müştərilərin təlim üçün müvafiq qaydada geyindiyini və avadanlıqlar ilə təchiz edildiyini yoxlamaq;
- Müştərilərlə ünsiyyət zamanı professional danışıq və nitq mədəniyyəti qaydalarına riayət etmək;
- Hər hansı müştəri şəxsi istəyi ilə özünəməxsus olan xizək və xizək avadanlıqlarını götürməyə üstünlük versə belə avadanlıqların təhlükəsizliyini və münasibliyini qiymətləndirmək və onları şəxsi rahatlıq baxımından sazlamaq;
- Təlim fəaliyyəti barədə təlimatları və müvafiq məlumatları iştirakçılar üçün münasib üslubda çatdırmaq;
- Xizək üzərində müvazinət saxlamaq, və hərəkət etmə kimi bacarıqları öyrətmək, alət və avadanlıqlardan istifadə qaydalarını göstərmək;
Tələb olunan bilik, bacarıq və təcrübə:
- Yüksək səviyyəli xizəkçi və ya snowbordçu
- Hava və ətraf mühit barədə məlumatları təhlil etmək sahəsində təcrübə;
- Fövqəladə hallarda müvafiq şəkildə hərəkət etmək üçün ilkin tibbi yardım və cəld reaksiya bacarığı və müvafiq ixtisaslı mütəxəssis gələnə qədər rəhbərlik işini həyata keçirmək;
- İlkin tibbi yardım göstərməklə və təcili evakuasiya prosesini idarə etməklə və s. tədbirlər ilə müştərinin sağlamlığını təmin etmək;
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
- Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
- Yüksək səviyyədə Azərbaycan, orta səviyyədə ingilis dili və rus dili;
İmtiyazlar:
- Gabala Hospitality Group-a daxil olan müəssisələrdə imtiyazlı xidmətlərdən istifadə;
- Nahar yeməyi, uniforma və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir;
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
- Səmimi və dəstəkləyici iş mühiti.
İş şərtləri:
- Əmək haqqı hər təlim saatı uyğun ödəniş + təlim satış 20%-i
- İş vaxtı: Hər gün 7 saat
- Həftədə 6 gün, növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
- Ünvan, Qəbələ ray., Duruca kəndi., Tufandag Qış-Yay Turizm İstirahət Kompleksi
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Maraqlananlar CV məlumatlarını [email protected] ünvanına göndərə və ya bir başa Qəbələ rayon Duruca kəndində yerləşən Tufandag Hotelə müraciət edə bilərlər.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən tələblərə uyğun şəxslər cəlb ediləcək.
Əlaqə forması
Digər vakansiyalar