AZ
Geri
Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi
Təmir üzrə texnik-qazançı - 1 yer
Tələblər:
- Su təmizləmə sahəsində təcrübəyə malik olmalıdır;
- Tələb olunan vəzifə üzrə minimum 1 (bir) il iş təcrübəsi;
- Bu sahədə təhsili və müvafiq sertifikatının olması mütləqdir.
Vəzifə öhdəlikləri:
- Qazan avadanlığının idarə olunması bacarığı və yaranan problemlərin həll olunması;
- Qazanların, bütün köməkçi avadanlıqların işləmə prinsiplərindən daim məlumatlı olmaq;
- Qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemlərinə verilən suyun temperaturuna daimi nəzarət etmək;
- Zəruri hallarda nasos, mühərrik və digər köməkçi mexanizmləri işə salmaq, dayandırmağı bacarmaq;
- Qaz cihazlarına nəzarət etmək;
- Qazanxanada bütün təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilmək və onlara ciddi riayət etmək;
- Qazanxana və onunla əlaqəli sistemin daim nəzarətdə saxlamaq.
İmtiyazlar:
- Gabala Hospitality Group-a daxil olan müəssisələrdə imtiyazlı xidmətlərdən istifadə;
- Nahar yeməyi, uniforma və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir;
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
- Səmimi və dəstəkləyici iş mühiti.
İş şərtləri:
- Əmək haqqı 500 AZN
- İş vaxtı: Növbəli iş qrafiki
- Həftədə 4 gün, növbəli cədvələ uyğun iş qrafiki, 3 gün istirahət
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
- Ünvan, Qəbələ ray., Duruca kəndi., Tufandag Qış-Yay Turizm İstirahət Kompleksi
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Maraqlananlar CV məlumatlarını [email protected] ünvanına göndərə və ya bir başa Qəbələ rayon Duruca kəndində yerləşən Tufandag Hotelə müraciət edə bilərlər.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən tələblərə uyğun şəxslər cəlb ediləcək.
Əlaqə forması
Digər vakansiyalar