AZ
Geri
Gabala Hospitality Group / Qafqaz Tufandag Hotel
Restoran bələdçisi (Hostess) (qadın) 1 yer.
Vəzifə öhdəliklər:
- Qonaqları qarşılamaq və qəbul etmək.
- Qonaqları masaya müşayiət etmək və menyunu təqdim etmək.
- Müştərinin restoranda olduğu ilk anlarda və daha sonra ona diqqətlə yanaşmaq.
- Müştərilərə xidmətlərin təqdim edilməsi ilə bağlı tövsiyyələr vermək, onları mövcud yemək və içki assortimenti ilə tanış etmək.
- Zal, bar, vitrinlərin və.s tərtibatına nəzarət etmək.
- Zalda təmizliyi və səliqəni təmin etmək.
- Münaqişəli vəziyyətlərin qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görmək.
- Müştərilərin qeyri-qənaətbəxş xidmətlə bağlı iradlarını nəzərdən keçirmək və müvafiq təşkilati-texniki tədbirləri həyata keçirmək.
- Müştərilərə göstərilən xidmətlərdə mövcud çatışmazlıqlar barəsində müdiriyyəti məlumatlandırmaq, onların aradan qaldırılması üçün tədbirlər görmək.
- Obyektin açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək.
- İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək.
- Hər zaman təyin edilmiş ərazini / bölməni təmiz və səliqəli saxlamaq.
İmtiyazlar:
- Gabala Hospitality Group-a daxil olan müəssisələrdə imtiyazlı xidmətlərdən istifadə;
- Nahar yeməyi, uniforma və standart istiqamətlər üzrə işə gəliş-gediş işçi daşıma avtobusları ilə təmin edilir;
- Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
- Səmimi və dəstəkləyici iş mühiti.
Tələblər:
- Təhsil – Orta ixtisas
- İş təcrübəsi : 1 ildən aşağı
- Yaş : 21 – 30
- Cins : Qadın
- Qonaqpərvərlik sənayesində minimum 1 il iş təcrübəsi üstünlükdür
- İngilis dilini bilmək, istənilən əlavə dil arzuolunandır.
İş şərtləri:
- Əmək haqqı: 413 AZN + 10% xidmət haqqı
- İş vaxtı: Hər gün 7 saat
- Həftədə 6 gün, növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
- Ünvan, Qəbələ ray., Duruca kəndi., Qafqaz Tufandag Mountain Resort Hotel
Maraqlananlar CV məlumatlarını [email protected] ünvanına göndərə və ya bir başa Qəbələ rayon Duruca kəndində yerləşən Tufandag Hotelə müraciət edə bilərlər.
Əlaqə forması
Digər vakansiyalar